"Kalyari"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Offsideplus.az klub saytına istinadla xəbər verir ki, komandanı bundan sonra Leonardo Sempliçi çalışdıracaq. 53 yaşlı mütəxəssislə 2022-nin iyununa qədər müqavilə bağlanıb. Sempliçinin məşqçilər korpusunda Yuri Fabbriççi, Rossano Kasoni və Alessio Rubiçini yer alacaq.
Maraq üçün xatırladaq ki, Sempliçi SPAL-ı qısa müddətdə C Seriyasından A Seriyasına yüksəltməklə məşhurlaşsa da, 2020-nin fevralında tutduğu postdan azad olunmuşdu. O vaxtdan bu yana işsiz idi.
Qeyd edək ki, "Kalyari" bir neçə saat əvvəl Eusebio Di Françesko ilə yollarını ayırdığını açıqlamışdı.