İtaliya Futbol Federasiyasının yeni rəhbərinin adına aydınlıq gəlib.
Offsideplus.az "Football İtalia"ya istinadla xəbər verir ki, hazırkı Qabriele Qravina növbəti dəfə bu vəzifəyə seçilib. Federasiya rəhbəri səslərin 73,45 faizini toplayıb. Rəqibi Kosimo Sibilia isə 26,25 faiz səs yığa bilib.
Qeyd edək ki, Qravina 2018-ci ildən İtaliya Futbol Federasiyasına rəhbərlik edir.