A seriyasında mübarizə aparan "Kalyari" baş məşqçi ilə yollarını ayırıb.
Offsideplus.az klub saytına istinadla xəbər verir ki, rəhbərlik Eusebio Di Françesko ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Köməkçiləri Françesko Kaltsona və Nikandro Vitsokoya da uğurlar arzulanıb. Baş məşqçinin yola salınmasının səbəbi çempionatdakı uğursuzluqdur.
Qeyd edək ki, 23 oyunda 15 xal xal toplayan 1969-70 mövsümünün İtaliya çempionu 20 komanda arasında 18-ci pillədə qərarlaşıb.