Stefano Pioli "Milan" - "İnter" matçında (0:3) Zlatan İbrahimoviçi əvəzləməsinə aydınlıq gətirib.

Offsideplus.az "Football İtalia"ya istinadla xəbər verir ki, baş məşqçi bunu futbolçunun özünün xahişi ilə etdiyini deyib: "İnter"ə çox boş sahə verdik, xüsusən də ikinci hissədə. Rəqib əlinə düşən imkanları dəyərləndirməyi bacarır. Ona görə də ardıcıl qollar buraxdıq, səhvlər sıralandı. İbrahimoviçi niyə əvəzlədim? Qıcolması var idi deyə, meydanı tərk etmək istədiyini dedi".

Qeyd edək ki, bu oyundan sonra "İnter" 53 xalla turnir cədvəlinə liderlik edir. "Milan"sa 49 xalla ikincidir.