İtaliya yığmasının və "Yuventus"un sabiq futbolçusu Luici Sartor maliyyə polisi tərəfindən həbs edilib.
Offsideplus.az xəbər verir ki, keçmiş futbolçu marixuana kolu yetişdirməkdə təqsirləndirilir.
Onun köməkçisi ilə birlikdə Parma dağlarındakı tərk edilmiş kottecdə narkotik bitkilər becərdiyi məlum olub.
Qeyd edək ki, 45 yaşlı Sartor "Yuventus"la yanaşı "İnter" və "Roma" kimi məşhur komandalarda çıxış edib.