"Milan" Brahim Diazı transfer etmək istəyir.

Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, hazırda icarə əsasında "rossyonerlər"in şərəfini qoruyan ispan futbolçu müqavilə ilə "Real"a məxsusdur. "Milan" rəhbərliyi futbolçunun çıxışından razıdır deyə, yayda onun tam hüquqlu sahibinə çevrilmək istəyir. Lakin "Real"la "Milan" arasında bağlanan müqavilədə transferlə bağlı bənd yoxdur. Odur ki, italyanlar qarşı tərəfə bu məsələ ilə bağlı müraciət edib, cavab gözləyir.

Qeyd edək ki, ötən ilin sentyabrından ağ-qara formanı geyinən 21 yaşlı futbolçu "Milan"da 25 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə verib.