İtaliya A Seriyasının 21-ci turunda “Cenoa”ya 1:2 hesabı ilə məğlub olan “Napoli” ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Neapol təmsilçisinin müdafiəçisi Kostas Manolas sıradan çıxıb. Matçın 68-ci dəqiqəsində zədələnən futbolçu, meydanı erkən tərk edib. 

29 yaşlı futbolçunun vəziyyətinin ciddi göründüyü və bu gün tibbi müayinədən keçəcəyi bildirilir.