"Yuventus" "Roma"nın və İtaliya millisinin futbolçusuna göz dikib.
Offsideplus.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, turinlilər Nikolo Zaniolonun xidmətində maraqlıdır. Lakin "qoca sinyora" 21 yaşlı istedadı bir şərtlə heyətinə qata bilər: "Roma" mövsümün yekununda Çempionlar Liqasına vəsiqə qazanmasa.
Qeyd edək ki, çarpaz bağları qırıldığına görə Nikolo cari mövsümdə forma geyinə bilməyib. "Transfermarkt" gənc oyunçunun dəyərini 45 milyon avro göstərib.