"Napoli" klubunun ulduzu Dris Mertens müalicə üçün ölkəsi Belçikaya yollanarkən, onu daşıyan özəl təyyarə kiçik qəzaya uğrayıb.

Offsideplus.az xəbər verir ki, hadisə 33 yaşlı forvard fizioterapevti olan Liven Maeesçalkın yanına gedərkən baş verib.

Qəzaya səbəb  təyyarənin Belçikada Deurne hava limanına enərkən, yoldan çıxması olub.

Futbolçunun ciddi xəsarət almadığı və vəziyyətinin yaxşı olduğu bildirilir.