"Yuventus"un ulduzu Kriştiano Ronaldo İtaliya Kubokunda "İnter"lə baş tutan matçda (1:2) dubl edib.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, portqaliyalı hücumçu bununla da qollarının sayını 763-ə çatdırıb. 762 qolla futbol tarixində ən çox qol vuran Yozef Bitsanı geridə qoyan Ronaldo yeni rekorda imza atıb. 

"Real Madrid" klubunun rəsmi "tvitter" hesabından keçmiş futbolçusuna təbrik mesajı gəlib:

"Klub tariximizin bombardiri, indi dünya futbolunda bombardir oldu. Təbriklər, Kriştiano!".