"Napoli"nin hazırkı baş məşqçisi Cennaro Qattuzonun yerinə gətirəcək namizədi tapıb.
Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, İtaliya təmsilçisi Qattuzonu komandanın keçmiş çalışdırıcısı Mauritsio Sarri ilə əvəzləməyi düşünür.
Belə ki, klubun prezidenti və idman direktoru 43 yaşlı mütəxəssisə hələ də güvəndikərindən əmin deyil.
Turnir cədvəlində 37 xal toplayan "Napoli" hazırda 5-ci pillədədir.
Qeyd edək ki, "Çelsi" və "Yuventus" kimi klublarla çalışmış Mauritsio Sarri 2015-2018-ci illərdə "Napoli" komandasına rəhbərlik edib.