"Milan"ın yarımmüdafiəçisi Hakan Çalhanoğlunun virus testi yenə müsbət çıxıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu hələ bir müddət də yaşıl meydanlardan uzaq qalacaq. Buna səbəb Hakanın COVİD-19 testinin ikinci dəfə pozitiv nəticə verməsidir.
O, sağalmadığı üçün "Bolonya" ilə oyunu da buraxacaq.