İtaliyanın "Yuventus" klubu oyunçusu Canluici Buffonla yeni müqavilə imzalayacaq.

Offsideplus.az xəbər verir ki, italiyalı jurnalist Tankredi Palmyeri "Twitter" səhifəsində yanvarın 28-də 43 yaşı tamam olacaq qolkiperin daha bir mövsüm oynamaq istədiyini yazıb.

Qeyd edək ki, cari mövsüm "Yuventus"un heyətində 6 oyun keçirən Canluici Buffon 4 qol buraxıb.