İtaliyanın "Fiorentina" komandası rusiyalı futbolçu Aleksandr Kokorinin keçidini həll edib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu ilə müqavilə imzalanıb.
İtaliya mətbuatı Kokorinin 3,5 illik sözləşməyə imza atdığını yazıb. O, yeni komandasında 91 nömrəli formanı geyinəcək.
Florensiya təmsilçisi bu keçid üçün 4,5 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Aleksandr Kokorinin son klubu Moskva "Spartak"ı olub.