İtaliyanın “Kalyari” klubu baş məşqçisi Eusebio Di Françeskonun müqaviləsinin müddətini artırıb.

Offsideplus.az xəbər verir ki, 51 yaşlı mütəxəssislə yeni sözləşmənin müddəti 2023-cü ilin yayına qədərdir.

Di Françesko 2020-ci ilin avqustundan “Kalyari”ni çalışdırır. 

Qeyd edək ki, “Kalyari” A Seriyasında 18-ci sırada yer alır.