“Yuventus”un qapıçısı Canluici Buffon komanda yoldaşı Kriştiano Ronaldonu yeni rekorda nail olması münasibətilə özünəməxsus tərzdə təbrik edib.

Offsideplus.az xəbər verir ki, Buffon bu barədə "Instagram" hesabında paylaşım edib:

"Mənə bu iki qolu vurmaya da bilərdin! Hər halda, inanılmaz rekord münasibətilə təbrik edirəm! CR… 760!".

Ronaldo ona cavab olaraq “Təşəkkür edirəm, əfsanə” sözlərini yazıb.

Qeyd edək ki, portuqal futbolçu İtaliya Superkubokunun “Napoli” ilə matçında karyerası ərzində 760-cı qolunu vurub.

 Image

Image