İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştiano Ronaldo qol sayında mütləq rekordçuya çevrilib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı hücumçu buna "Napoli" ilə İtaliya Super Kuboku matçında nail olub. 64-cü dəqiqədə fərqlənən 36 yaşlı forvard karyerasında 760-cı qolu vurub. Bununla da Ronaldo çexiyalı Yozef Bitsanın müəyyənləşdirdiyi mütləq rekordu arxada qoyub. Bitsan 1931 - 1955-ci illərdə 759 qol vurub.

Qeyd edək ki, Kriştiano Ronaldo daha əvvəl əfsanəvi Pelenin rekordunu keçib. Braziliyalı forvard 812 rəsmi matçda 757 qol vurub.