“Roma”ya ikinci dəfə texniki məğlubiyyət veriləcək.
Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu ölkə kubokunda “Spetsiya” ilə keçirilən oyunda əsasnaməni pozub. Komanda 2:4 hesabı ilə uduzduğu oyun ərzində 6 futbolçu dəyişikliyi edib. Qaydalara görə isə 5 futbolçu dəyişdirilməsinə icazə var. FİFA əlavə vaxtın oynanıldığı qarşılaşmalarda 6-cı dəyişikliyə icazə versə də bu, İtaliya kuboku oyunları üçün keçərli deyil.
Qeyd edək ki, “Roma” çempionatın 1-ci turunda keçirilən “Verona” ilə oyunda əsas komandada adı iştirak ərizəsinə salınmayan Amadu Diavaranı meydana çıxardığı üçün məğlubiyyət almışdı.