İtaliya "Milan"ı heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" xorvatiyalı hücumçu Mario Mancukiçlə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Mario Mancukiç daha əvvəl İtaliyada "Yuventus"un, Almaniyada "Volfsburq" və "Bavariya", İspaniyada "Atletiko"nun formasını geyinib. Hücumçu sonuncu dəfə martın 7-də Qətərin "Əl-Duhail" komandasının heyətində meydana çıxıb.