Milan “İnter”in hücumçusu Sebastyano Espozitonu icarəyə göndərib.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı italyan futbolçu “Venetsiya” klubuna icarəyə verilib.
Espozito mövsümün sonuna qədər “Venetsiya”da çıxış edəcək.
“İnter”in yetirməsi olan Espozito daha öncə SPAL-da da icarədə oynayıb. O, həm də İtaliyanın gənclərdən ibarət yığmasının üzvüdür.