Mario Mancukiçin "Milan"la anlaşması an məsələsidir.
Offsideplus.az "Corriera della Sera"ya istinadla xəbər verir ki, klubla futbolçu ortaq məxrəcə gəlib. Hətta "rossyonerlər"in texniki direktoru Paolo Maldini Mancukiçlə şəxsən telefonda danışıb. Mario illik 1,8 milyon avroluq müqaviləyə razılıq verib.
Qeyd edək ki, Xorvatiya millsinin sabiq forvardı sonuncu dəfə Qətər "Əl-Duhaly"ının formasını geyinib ki, ordan 2020-nin iyulunda ayrılıb. O vaxtdan bu yana işsizdir.