Mario Mancukiç karyerasını "Milan"da davam etdirməyə yaxındır.
Offsieplus.az xəbər verir ki, DÇ-2018-də Xorvatiya millisi ilə dünya ikincisi olmuş, "Bavariya"nın heyətində Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırmış təcrübəli forvardın agenti "rossyonerlər"lə danışıqlara başlayıb. Artıq ilkin mərhələ başa çatıb və ümumi razılıq əldə olunub.
Mancukiçin 34 yaşda olması rəhbərliyi narahat etmir. Çünki ilk müqavilə mövsümün sonuna qədər bağlanacaq, yayda növbəti anlaşma gözdən keçiriləcək.
Qeyd edək ki, Marionun adı "Beşiktaş"la yanaşı hallandırdı. Hətta transfer baş tutmaq ərəfəsindəydi. "Milan" variantının ortaya çıxması Mancukiçi karyerasını yenidən İtaliyada davam etdirməyə vadar edib.