Bu mövsüm möhtəşəm performansıyla diqqətləri üzərinə çəkən Hakan Çalhanoğlunun komandada qalması üçün "Milan" hər şey etməyə hazırdır.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İtaliya təmsilçisi türk yarımmüdafiəçisinin maaşını qaldırmaq istəyir. Hazırda 3.5 milyon avro qazanan Çalhanoğlu "Milan"da qalarsa, iki dəfə artıq maaş alacaq.

"Yuventus", "Mançester Yunayted" kimi klubların maraqlandığı 26 yaşlı futbolçunu əldən vermək istəməyən "Milan" rəhbərliyi illik maaşı 7 milyon avroluq təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Hakan Çalhanoğlunun "Milan"la müqaviləsi bu mövsümün sonunda başa çatır. Çalhanoğlu bu mövsüm 8 qol və 8 ötürmə ilə yadda qalıb.