"Roma" erməni futbolçusu Henrik Mxitaryanla yeni müqavilə anlaşması üçün razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, bu barədə məşhur jurnalist Fabrizio Romano məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2022-ci ilin yayına qədər razılığa gəlindiyi bildirilir. Mxitaryan gələn ilin yayına qədər azad agent statusu daşıya bilməyəcək.
Qeyd edək ki, Henrik Mxitaryan 2020-ci ilin yayında "Arsenal"dan "Roma"ya birdəfəlik transfer olub.