A seriyasının 16-cı turunda “Yuventus”la görüş (1:3) “Milan”ın gənc yarımmüdafiəçisi Daniel Maldininin çempionatda 6-cı matçı olub.
Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bununla da Maldini ailəsinin ümumilikdə “Milan”la A seriyasında keçirdiyi oyun sayı 1000 olub.
Danielin atası, klubun idman direktoru Paulo Maldini (1984-2009) “qırmızı-qaralar”la A seriyasında 647, Paulonun atası Çesare Maldini isə (1954-1966) çempionatda 347 oyuna çıxıb.