Son günlərdə "Fənərbağça"nın yaxından maraqlandığı Sokratis Papastatopulosun bir çox "elçi"ləri var.

Offsideplus.az xəbər verir ki, İtaliya klubu Cenoa yunanıstanlı müdafiəçi ilə yaxından maraqlanır. Sokratis 2.5 illik müqavilə və 3 milyon avro maaş təklif edən "Cenoa"da daha əvvəllər də çıxış edib.

Qeyd edək ki, "Fənərbağça" 32 yaşlı futbolçuya hələ rəsmi təklif göndərməyib. Sokratisin "Arsenal"la müqaviləsi bu mövsümün sonunda başa çatır.