Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu İtaliyanın "Milan" klubundan ayrılacaq.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin müqaviləsi yenilənməyəcək. Milan təmsilçisinin türkiyəli oyunçuya əvəzləyici kimi "Verona"nın futbolçusu Mattia Cakkani ilə maraqlandığı iddia olunur.

Qeyd edək ki, Hakan Çalhanoğlunun klubla müqaviləsi bu ilin yayında başa çatacaq. Onun transferində İngiltərənin "Mançester Yunayted" klubu maraqlıdır.