Vaxtilə "Yuventus"u çalışdırmış Fabio Kapello sabiq komandası haqda danışıb.

Offsideplus.az xəbər verir ki, Təcrübəli mütəxəssis "Qoca Sinyora"nın hücumçularından söz açıb: "Dibalanın işləri qaydasındadırsa, meydanda hər şey etməyə qadirdir. Hətta eyni anda Kriştiano Ronaldo və Alvaro Morata ilə oynaya bilər. Kriştiano müdafiə planında demək olar heç nə etmir. Dibala da az kömək edir. Buna baxmayaraq, komanda yoldaşları daim onlara dəstək verir, topla təmin edir".

Qeyd edək ki, Kapello 1970-76-cı illər aralığında "Yuventus"un futbolçusu olub, 2004-06-cı illər aralığında isə bu komandanı çalışdırıb.