"Yuventus"un ulduzu "Milad" bayramını keçirmək üçün Dubaya yollanıb.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, koronavirus pandemiyasına baxmayaraq "Yuventus" rəhbərliyi Kriştiano Ronaldonun səyahət etməsinə razılıq verib. Bu qərardan sonra Turin klubunun bir neçə futbolçusu da məzuniyyəti ölkə xaricində keçirmək istəyinə düşüb.

Dubaydan qayıdandan sonra karantinə alınacaq Ronaldonun bu hərəkəti İtaliyada bir çox müzakirə və tənqidlərə səbəb olub.

Xatırladaq ki, oktyabrda koronavirrusa yoluxan Portuqaliya millisinin üzvü 19 gün karantində qalmışdı.