"Yuventus"un prezidenti Andrea Aqnelli klubun Paulo Dibalaya yeni təklif etdiyini təsdiqləyib.
Offsideplus.az Tuttosport-a istinadən xəbər verir ki, bu barədə klub rəsmisi özü açıqlayıb. 27 yaşlı argentinalını "Yuventus"un gələcək kapitanı kimi gördüyünü deyən Aqnelli klub tərəfindən Dibalaya yeni anlaşma təklifi göndərildiyini açıqlayıb. O qeyd edib ki, hazırda ulduz hücumçunun nə cavab verəcəyi gözlənilir.
"Onu gələcəyin kapitanı kimi görürük. Bilirəm ki, Dibala onu Avropanın ən çox maaş alan 20 futbolçusu arasına qatacaq bir təklif alıb. Onun cavabının nə olacağını gözləyirik. Ən vacibi onun cavabını meydanda görməkdir. Hamımız onun Avropanın TOP-5 futbolçusu arasında olmasını istəyirik. O onların arasında deyil və özü də buun fərqindədir".