Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı gün açıqlanıb.
Offsideplus.az "Football İralia"ya istinadla xəbər verir ki, bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli açıqlama verib. Təcrübəli mütəxəssis isveçli hücumçunun yerinin göründüyünü etiraf edib: "İbrahimoviçin yeri görünür. Onsuz rəqibin cərimə meydançasında "dişli" və təhlükəli ola bilmirik. Dekabrın 16-da "Cenoa" ilə matçda komandaya kömək edə biləcək".
Qeyd edək ki, 39 yaşlı forvard cari mövsümdə A seriyasında 6 qarşılaşmanın iştirakçısı olmaqla 10 qola imzasını yazdırıb, 1 məhsuldar ötürmə verib.