İtaliya Futbol Federasiyasının İntizam Komitəsi “Yuventus”un futbolçusu Alvaro Moratanın cəzasını yüngülləşdirib.

Offsideplus.az xəbər verir ki, daha əvvəl 2 oyunluq cəzalandırılan ispan hücumçunun diskvalifikasiya müddəti 1 oyuna salınıb.
Qeyd edək ki, Morata A Seriyasının 9-cu turu çərçivəsində keçirilən “Benevento” – “Yuventus” matçının 90+7-ci dəqiqəsində qeyri-etik davranışa görə meydandan qovulmuşdu. Görüş 1:1 hesabıyla başa çatıb.