"Yuventus"un ulduzu Canluici Buffon zədəsini sağaldaraq məşqlərə qoşulub.

Offsideplus.az xəbər verir ki, 42 yaşlı qolkiper komanda ilə məşqlərdə iştirak edib. Belə ki, zədəsini sağaldan Buffon Çempionlar Liqasında qrup mərhələsinin son turunda baş tutacaq "Barselona" ilə matçda iştirak edə biləcək. 

 

Qeyd edək ki, "Barselona" - "Yuventus" görüşü sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.