"Zenit”in çalışdırıcısı Robert Mançini Rusiyanı tərk edəcək.
Offsideplus.az xəbər verir ki, mütəxəssis İtaliya millisinin "sükanı arxası”na keçəcək. İtaliya Futbol Federasiyası sözügedən çalışdırıcının baş məşqçi təyin edilməsi haqda ictimaiyyətə mayın 20-dək məlumat verəcək.
Belə ki, İtaliya yığması mayın 28-də Səudiyyə Ərəbistanıyla yoxlama görüşünə çıxacaq. İsveçrənin Sankt – Qallen şəhərində baş tutacaq oyuna qədər təyinatın rəsmən açıqlanması planlaşdırılıb.(fanat.az)