İtaliyanın “Napoli” klubunun ev oyunlarını keçirdiyi “Stadio San Paolo” stadionun adı dəyişdirilib.

Offsideplus.az xəbər verir ki, stadionun adı bir neçə gün əvvəl vəfat edən Dieqo Maradonanın şərəfinə “Stadio Dieqo Armando Maradona” adlandırılıb.
Maradona 1984-1991-ci illərdə “Napoli”də forma geyinib.
Qeyd edək ki, argentinalı mərhum futbolçu noyabrın 25-də ürəktutmasından vəfat edib.