"Milan" klubunun baş məşqçisi Cennaro Qattuzo Türkiyə millisinin və "rossonyerlər"in futbolçusu Hakan Çalhanoğlunu əfsanəvi Andrea Pirloya bənzədib.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, türk futbolçunun şəninə ağızdolusu tərif yağdırıb və gələcəkdə möhtəşəm oyunçu olacağını bildirib:
"Hakana baxanda Pirlonu görürəm. Bir müddət sonra onun potensialına çata bilər və biz də bunun üçün çalışırıq. Zərbələri qapı dirəyini qıracaq qədər sərt və möhtəşəmdir".
Qattuzo həmçinin Susonu da tərifləyib. Təcrübəli mütəxəssis onu da Klaren Zedorfa bənzədib.