"Napoli" "Çelsi"nin yarımmüdafiəçisi Temue Bakayokonu birbaşa transfer etmək istəyir.
Offsideplus.az "Calcio Mercato"ya istinadən xəbər verir ki, A Seriyası klubu 26 yaşlı futbolçunu həmişəlik heyətinə qatmağı düşünür. "Napoli"nin Bakayoko üçün "zadəganlar"a 15 milyon avro ödəyəcəyi bildirilir. Transfer gələn yaydan etibarən başlayacaq.
Qeyd edək ki, "Çelsi" oktyabr ayından Temue Bakayokonu bir mövsümlük icarə əsasında "Napoli"yə göndərib.