"Milan"ın yarımmüdafiəçisi Hakan Çalkanoğlu uğrunda yarışa "Yuventus" da qoşulub.
Offsideplus.az Tuttosport-a istinadən xəbər verir ki, Türkiyə millisinin 26 yaşlı üzvü daha bir İtaliya nəhənginin hədəfindədir. "Yuventus"dan öncə "İnter" klubu da futbolçunun transferi ilə bağlı danışıqlara başlamışdı.
Qeyd edək ki, İngiltərədən "Mançester Yunayted" və İspaniyadan "Atletiko Madrid" klubları da Çalkanoğlu ilə yaxından maraqlanır.
Hakan Çalkanoğlunun "Milan"la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.