"Yuventus"un müdafiəçisi Leonardo Bonucci zədələnib.

Offsideplus.az La Gazzetta dello Sport-a istinadən xəbər verir ki, Bonucci İtaliya millisində vəzifəsini yerinə yetirərkən əzələsindən xəsarət alıb. 33 yaşlı futbolçunun 20 gün müddətində yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Bonucci 5 dekabra qədər sağalsa, "Torino"ya qarşı oyuna çıxa biləcək. Bu müddətə qədər isə italiyalı ulduz "Ferentsvaroş", "Kalyari", Benevento" və "Dinamo Kiyev"lə matçları buraxacaq.