Xorvatiya millisinin və “İnter”in yarımmüdafiəçisi Marselo Brozoviç koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, millinin düşərgəsində olan 27 yaşlı futbolçunun koronavirus testi pozitiv nəticələnib.
Futbolçu karantinə alınıb.
Daha əvvəl Xorvatiya millisinin digər futbolçusu Domaqoy Vidanın koronavirusa yoluxduğu açıqlanmışdı