Mövsümün sonunda "Yuventus"dan ayrılacağı gözlənilən Mario Mancukiç "Beşiktaş"a transfer oluna bilər.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı hücumçunun menecerləri bunun üçün türk klubu rəhbərliyi ilə prosesin başlaması üçün razılığa gələ biləcəklərini bəyan ediblər. Onlar 32 yaşlı futbolçunun bu təklifə müsbət yanaşdığını da bildiriblər.

Qeyd edək ki, Mancukiç 2015-ci ildən "Qoca Sinyora"nın şərəfini qoruyur.