İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli məşqləri bərpa edib.

"La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 30 yaşlı forvard İtaliyanın 4-cü liqa təmsilçisi "Françarkort"un heyətində məşqlərə başlayıb. Mənbənin malumatına görə italiyalı oyunçu yaşadığı yerin yaxınlığında yerləşən klubdan təklif alıb və onu müsbət cavablandırıb. Balotellinin komandanın heyətində bir neçə oyun keçirəcəyi istisna deyil.

Xatırladaq ki, Balotelli martdan bu yana klubsuzdur. O, ötən mövsüm sonuncu matçında martın 9-da "Breşiya"da çıxıb ki, İtaliya çempionatında  19 matçda 5 qol vurub.