İtaliya A Seriyası nəhəngi "Yuventus" ispaniyalı futbolçu İskonu qış transfer pəncərəsində transfer edəcək.

Offsideplus.az Don Diario-ya istinadən xəbər verir ki, "Real"ın hücumameyilli yarımmüdafiəçisi ilə "Yuventus" maraqlanır. "Qoca Sinyora"nın yanvar ayında İskonu heyətinə qatacağı gözlənilir.

2013-cü ildən bəri Kral klubunda çıxış edən futbolçu bu yaxınlard Zinədin Zidanın onu oyuna çıxarma strategiyasından gileylənmişdi. 

Qeyd edək ki, İsko ilə "Everton""Sevilya" klubları da maraqlanır.