İtaliyanın “Milan” klubunun 5 üzvündə koronavirus aşkarlanıb.
Offsideplus.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Milan”da futbolçulardan Canluici Donnarumma, Yens Peter Hauqenin və daha üç klub işçisinin koronavirus testinin müsbət çıxdığı bildirilib.
“Milan” bu gün A Seriyasının 5-ci turu çərçivəsində “Roma”nı qəbul edəcək. Görüş saat 23:45-də start götürəcək.
“Milan”da bundan əvvəl Rafael Leao, Zlatan İbrahimoviç və Leo Duartedə koronavirus aşkarlanmışdı. Hər üç futbolçu tam sağalıb.