"Yuventus"da Kriştianonun komanda yoldaşı olan Deyan Kuluşevski Portuqaliya - İsveç matçı öncəsi açıqlama verib.
Offsideplus.az xəbər verir ki, UEFA Millətlər Liqasının IV turunda Portuqaliya yığması sabah saat 22:45-də İsveç millisini qəbul edəcək. İsveçli futbolçu Kuluşevski "Yuventus"da komanda yoldaşı olan Kriştiano Ronaldonu necə dayandıracağını bilmədiyini bildirib.
"Onu heç kəs dayandıra bilməz. Əgər günü yaxşı keçibsə, hər şeyə özü qərar verəcək. Keçən dəfəki matçda onun qarşısını ala bilmədik. Lakin Çərşənbə günü bunun üçün daha bir şansımız var. Onu necə dayandıracağımı bilmirəm, aqressiv olmalısan ki, ona xəyal qırıqlığı yaşadasan. Aqressiv müdafiəyə qarşı oynamaq nədir bilirəm və nəticədə xəyal qırıqlığı yaşayırsan".
Qeyd edək ki, sentyabrda baş tutan Portuqaliya və İsveç yığmaları arasında matçda Ronaldo dubl etmiş və 2:0 hesabı ilə komandasına qələbə qazandırmışdı.