İtaliya A Seriyası klubu "İnter"də daha bir koronavirusa yoluxma halı qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, bu dəfə 35 yaşlı müdafiəçi Eşli Yanqın koronavirus testi müsbət nəticələnib. Klub tərəfindən ingiltərəli futbolçunun artıq evində karantinə alındığı açıqlanıb.

Qeyd edək ki, daha öncə "İnter"in futbolçuları Milan Şkrinjar, Alesssandro Bastoni, Raca Naynqqolan, Roberto Qalyardini Yonuta Ratu da koronavirusa yoluxmuşdu