İtaliya A Seriyası klubu "İnter" oyunçusu Lautaro Martinez ilə yeni razılaşma üzrə danışıqlar aparır.

Offsideplus.az xəbər verir ki, İtaliya nəhəngi 2023-cü ildə müqaviləsinin müddəti başa çatan Martinezi heyətində saxlamağa qərarlıdır.

Xatırladaq ki, 23 yaşlı futbolçu ilə "Barselona" klubu yaxından maraqlanırdı. Lakin "İnter" Martinezi satmayaraq Kataloniya klubunun təklifini cavabsız qoymuşdu.