"Barselona" məşhur oyunçusu Arturo Vidal rəsmi olaraq "İnter" klubuna keçib.

Offsideplus.az xəbər verir ki,  A Seriyası klubu "İnter" "Barselona"nın oyunçusu Arturo Vidalın transferini rəsmən açıqlayıb. Ötən günlərdə "Barselona"dan gələn açıqlamada oyunçunun 1 milyon avroya İtaliya klubuna transfer olduğu bildirlmişdi.

Qeyd edək ki, dünən Vidal tibbi müayinədən keçmək üçün Milana gəlmişdi.

Arturo Vidal "İnter"də çıxış edən 6-cı çilili futbolçudur.