"İnter" klubu Arturo Vidalı rəsmi olaraq transfer edib.

Offsideplus.az xəbər verir ki, İtaliya klubunun rəsmi “Tvitter” səhifəsində 33 yaşlı futbolçunun İtaliyaya gəldiyini göstərən paylaşım edilib.

Çilili mərkəz yarımmüdafiəçisi ilə artıq rəsmi müqavilə bağlanılıb. Tərəflər 2+1 illik müqaviləyə razılığa gəliblər. Bu transferin gələn ilə kimi müqaviləsi olan Kataloniya təmsilçisinə bir milyon avro qazandırdığı bildirilir. Klub saytı transferi yaxın saatlarda açıqlayacaq.