"Milan" "Breşia"nın oyunçusunu heyətinə qatır.

Offsideplus.az xəbər verir ki, "Milan" "Breşia"dan Sandro Tonali ilə müqavilə imzalamağa yaxındır. İtaliya nəhəngi 20 yaşlı milli futbolçu üçün 35 milyon avro (41 milyon dollar) ödəyəcək. 

Adı "İnter" klubu ilə də əlaqələndirilən oyunçunun bu gün Milanda sağlamlıq testindən keçməsi gözlənilir.